Radar cihazlarda görünməz olan – Metamaterial

Alimlər, laboratoriyada radar cihazlarının görə bilmədiyi material ixtira ediblər.

434410
Radar cihazlarda görünməz olan – Metamaterial

Amerika və Çin fizika alimləri ortaq işlədiyi laboratoriyada plastik və misdən təşkil olunan (metamaterial) elektrod sistemi ixtira ediblər. Bu sistem ixtiyari formalarda olan materiyalları radarlardan gizlədə biləcək. Eyni zamanda ötürücülərin anlıq qüsurlarını düzəldərək, xarici mühitdə yarımkeçiricilik qabiliyyətinə də malik olacaq.

Metamaterialın qaranlıq vəziyyətini tədqiq edən alimlər sübut edib ki, nanohissəciklərlə örtülü olan qəfəs sistemi, içindən keçən işıq və radiodalğalar ilə heç bir şəkildə əlaqəyə girmir. Belə ki, fiziklər misdən hazırlanmış əyri simlǝr vasitəsi ilə silindirik və kub strukturlarla örtülü olan plastik-dielektrik ilə ayrılmış sistemdən istifadə ediblər. Bu strukturlar quruluşu müəyyən tezliklərdə elektromaqnit dalğaları keçirəcək formada hazırlanıb. Bunun sayəsində qəfəs radiodalğaları ətrafa dağıtmayaraq onu özündə əks etdirmir. Lakin hər hansı bir qurğunu gizlətməzdən əvvəl onun hansı tezlikdə işlədiyini tədqiq etmək lazım gələcək.



Әlaqәli Xәbәrlәr