Avropa İttifaqı internetdə məlumatların mühafizəsi üzrə vahid st

Avropa İttifaqı (Aİ) internetdə məlumatların mühafizəsi üzrə vahid standartlar tətbiq etməyə hazırlaşır.

364495
Avropa İttifaqı internetdə məlumatların mühafizəsi üzrə vahid st

Avropa İttifaqına üzv dövlətlərin nümayəndələri dörd il davam edən danışıqlardan sonra bununla bağlı müvafiq razılığa gəliblər.
Yeni qaydaların 2017-ci ilin əvvəlində qüvvəyə minməsi gözlənilir. Qaydalar 1995-ci ildən qüvvədə olan normaları əvəz edəcək.
Yeni qaydaları pozacaq provayderləri illik mədaxilin 4 faizi həcmində cərimə gözləyir. Pozuntular sırasına fərdi məlumatlardan qanunsuz istifadə, həmçinin istifadəçinin icazəsi olmadan məlumatların ələ keçirilməsi daxildir.
Qaydalara görə, şirkətlər milli tənzimləyici orqanları 3 gün ərzində informasiya sızmasının baş verməsi barədə məlumatlandıracaq. Bu qaydalar Aİ ölkələrində müştəri və istifadəçilərə malik bütün şirkətlərə şamil edilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr