Türkiyədə milyard dollarlıq qızıl yataqları tapıldı

Türkiyədə Balıkesirin İvrindi qəsəbəsində Türk mühəndislərinin apardıqları geoloji-kəşfiyyat işləri nəticəsində dəyəri 2 milyard dollar olan qızıl yataqları tapıldı.

421678
Türkiyədə milyard dollarlıq qızıl yataqları tapıldı

Madra Dağında aşkar edilən qızıl mədəninin işə salınması üçün hüquqi prosedurun başa çatdırılması gözlənilir.

Bölgədə Enerji və Təbii Sərvətlər Nazirliyi Mədən Müəssisələri Baş İdarəsi tərəfindən verilən icazə əsasında 3 ilə yaxın müddətdə 500 qazma işi aparılıb.

Qazma işləri nəticəsində 50 min kvadratmetr sahədə dəyəri 2 milyard dollar hesablanan qızıl ehtiyatları aşkar edilib.

Qanun yolla müraciətlər edərək prosedurun tamamlanmasını gözləyən firma səlahiyyətliləri regiona 25 milyon dollar məbləğində investisiya qoymağı planlaşdırırlar.

Mövzu ilə bağlı məlumat verən firma rəsmiləri işlərin 10- 15 il arasında davam edəcəyini və bölgə xalqı üçün iş yerləri açılacağını vurğulayırlar.

Bölgə xalqı da ətraf mühitə və insan sağlamlığına zərər verilmədən qızılın çıxarılmasını dəstəkləyir.

Məhəllə Muxtarı İsmayıl Kesen yaşadıqları ərazidə qızıl ehtiyatı olmasının sevindirici hal olduğunu dedi.

Bir- bir yığıncaq keçirərək kəndlilərlə məsələni dəyərlənirdiklərini söyləyən Kesen: "Kəndli sağlamlıqla əlaqədar problemin olmamasını istəyir. Bizim sağlamlığımıza təsir etməyəcəksə, bir zərəri yoxdur. Ən düzgününü dövlətimiz  bilir" deyə danışdı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr