Elektron qurğular televiziyanı sıxışdırır
Planşet və smartfonların olduğu əksər ABŞ ailələrində televiziya uşaqlar üçün əsas əyləncə mənbəyi deyil.
"Miner & Co Studio” strateji tədqiqatlar agentliyinin araşdırmasına görə, planşet və smartfonların olduğu əksər ABŞ ailələrində televiziya uşaqlar üçün əsas əyləncə mənbəyi deyil.
Ekspertlər müəyyənləşdiriblər ki, uşaqların 57 faizi videoya ənənəvi televizor ekranında deyil, smartfon və planşet kimi portativ qurğularda baxmağa üstünlük verir.
Bundan başqa, müəyyən olunub ki, uşaqların 41 faizi həvəslə şirniyyatdan imtina edərək mobil qurğu ilə daha çox vaxt keçirməyə üstünlük verir. Həmçinin valideynlərin 39 faizi etiraf edib ki, onların uşaqları mütəmadi şəkildə eyni kontentə bir qurğuda deyil, eyni anda bir neçə qurğuda baxırlar.
Belə ev təsərrüfatlarının valideynlərinin yarısı bildirib ki, uşaqlar özlərini pis aparanda onlardan planşeti alaraq cəza kimi televizora baxmağa məcbur edir. Bununla, televizora baxmağı özləri üçün cəza hesab edənlərin ilk nəsli yaranır.
Uşaqlar şirniyyat yemək və ya planşetlə daha çox vaxt keçirmək imkanı arasında seçim qarşısında qalanda, çox vaxt planşeti seçirlər.
Әlaqәli Xәbәrlәr
“Gözəgörünməz köpəkbalığı” sualtı qayığı
Avstraliya artıq gələcəyin sualtı qayığına çevrilə biləcək qeyri-adi modelin prototipini işə salıb