Plutonda bir gün 6,4 Yer kürəsi sutkasına bərabərdir

NASA "New Horizons" kosmik aparatının Lorri kamerasıyla çəkilən 10 fotoşəkillə Plutonda bir tam günün 6,4 Yer kürəsi gününə bərabər olduğu barədə açıqlama verdi.

420154
Plutonda bir gün 6,4 Yer kürəsi sutkasına bərabərdir

"Sirli planet" kimi tanınan Plutonda bir tam günün neçə Yer kürəsigününə bərabər olduğunu sübut edən fotolar ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsinə aid kosmik aparat "New Horizons" (Yeni Üfüqlər) tərəfindənYer kürəsinə göndərildi.

NASA "New Horizons" kosmik aparatının Lorri kamerasıyla 7-13 iyul arasında çəkilmiş 10 fotoşəkli yaydı.

Cırtdan planetin öz ətrafında tamamladığı bir dövrü göstərən fotoşəkillərlə bir Pluton gününün 6,4 Yer kürəsi sutkasına bərabər olduğu açıqlandı.

Günəş Sistemindəki səfərinə 19 Yanvar 2006-cı ildə Floridadakı Cape Canaveral kosmos bazasından atılaraq başlayan "New Horizons" 9 il 7 aydır ki, fəaliyyət göstərir.

"New Horizons"  Plutondan başqa onun peykləri olan Charon, Styx, Nix, Kerberos və Hydrada da kəşfiyyat aparır. "New Horizons"un Pluton ilə bağlı müşahidələrinin indiyə qədər yalnız 20%-i peyk vasitəsilə Yer kürəsinə endirilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr