Super mikroskop

Texnologiyanın inkişafı ilə birlikdə kiçik cisimlərin lupaların köməyi ilə böyüdülərək görüntülənməsini təmin edən mikroskoplar da inkişaf etdirilir.

394677
Super mikroskop


Bu məsələdə son addımı lüksemburqlu tədqiqatçılar atdılar.

Tədqiqatçılar insanın saç tükünün 100 mində biri qədər kiçik şeyləri göstərə bilən bir mikroskop yaratdılar.

Bu üsulla millimetrin mində birindən minlərlə qat kiçik sahələr görünə bilər.

Bu texnologiya ilə dərmanlarda istifadə edilən maddələrin hüceyrəyə nüfuz edib-etmədiyi və şampunların saç tüklərinə təsirləri asanlıqla izlənə bilər.

Yeni tip dərmanların yaradılmasına da töhfə verəcək mikroskop kosmetik dərman sənayesinin bir çox sahələrində də tədqiqatları asanlaşdıracaq.

Mikroskop texnologiyasını inkişaf etdirərək nano ölçüsünü açdıqları üçün bu üç mütəxəssis keçən il Nobel Kimya Mükafatına layiq görülmüşdülər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr