Türksat 4 B Rabitə Peyki 16 oktyabrda kosmosa buraxılacaq

Nəqliyyat, Dənizçilik və İnformasiya naziri Feridun Bilgin peykin Türkiyə saatıyla 23.40-da 16 oktyabr tarixində Qazaxıstanın Baykonur Mərkəzindən kosmosa buraxılacaq.

354675
Türksat 4 B Rabitə Peyki 16 oktyabrda kosmosa buraxılacaq

  Bilgin orbitə yerləşdirmə və orbit testlərinin tamamlanmasından sonra dekabr ayında dövrəyə girəcək Türksat 4 B peykinin Ka bantı üzərindən internet üçün istifadə ediləcəyini söyləyib.

  Ka bantı vasitəsilə peykdən internetin sürətinin çoxalacağını bildirən Bilgin: "Daha uyğun xərclə yüksək sürətli internet təmin ediləcək və ümumi 3 gbps məlumatlarının rabitə həcmi artacaq" deyib.

  4 B rabitə peyki 50 dərəcə şərq orbitində təslim alınacaq və Türkiyə bu baxımdan ilk peyki sayılacaq. 

  Feridun Bilgin peykin təsir sahəsinin Avropa, Asiya, Afrika, Yaxın Şərq ilə türk respublikalarını əhatə edəcəyini söyləyib.

  Türksat 4 B peykinin istehsalı 4 iyun 2014-cü ildə tamamlanıb, Baykonur Mərkəzindən qaynaqlanan səbəblərə görə kosmosa buraxılma tarixi 2015-ci il 16 oktyabra təyin olunub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr