İxtira etdiyi "Hoverboard"la 276 metr uçdu

Kanadanın Quebek Əyalətində Aleksandr Duru adlı gənc bir ixtiraçı yaratdığı və "Hoverboard" adını verdiyi hava vasitəsiylə uçmağı və hətta 276 metr getməyi bacarıb.

392380
İxtira etdiyi "Hoverboard"la 276 metr uçdu

  Aleksandr Duru “Hoverboard”da bu məsafəni qət edən ilk adam kimi tarixə düşüb.

  Duru əslində hava vasitəsinin hər yerdə gedə biləcəyini, ancaq etibarlı eniş olması baxımından suyu seçdiyini söyləyib.

  Gənc ixtiraçının icad etdiyi “Hoverboard” hava vasitəsini internetdən 6 yarım milyondan çox adam izləyib.

  Duru və həmfikirləri ortaya çıxardıqları hava vasitəsini ölkə daxilində satışa çıxarmağı planlayır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr