Robota oxşar smartfon təqdim edilib
“Sharp” şirkəti robot formasında hazırlanan "RoBoHoN” smartfon modelini təqdim edib.
Robotun hündürlüyü 19,5 sm, çəkisi 390 qram təşkil edir ki, bu da smartfon üçün çox hesab edilir. Kamera və dinamiklər robotun baş hissəsində, 2 düymlük sensorlu displey isə kürəyində yerləşir. Qurğu “3G” və “LTE” standartlarını dəstəkləyir, eləcə də "Wi-Fi” şəbəkəsinə qoşula bilir. “RoBoHoN” ikinüvəli “Qualcomm Snapdragon 400 MSM8926” prosessoru ilə işləyir.
Telefon funksiyası ilə yanaşı, səs və sifətləri tanıyan robot-smartfon həmçinin sərbəst şəkildə hərəkət edir, insanı əyləndirir, eləcə də mini-proyektor rolunu oynayır.
Әlaqәli Xәbәrlәr
Türkiyəli alim “Alexander von Humboldt Professorship” mükafatına layiq görüldü
Tədbirdə 12 alimə “Aleksandr fon Humboldt professoru” adı verilib
Avtomobillərdəki alov gecikdirən kimyəvi maddələr kanserogen yayırmış
Araşdırma məqaləsi “Environmental Science & Technology” jurnalında dərc olunub