Kök hüceyrə metodu ilə görmə maneəni qaldırır

Korluğun müalicəsində əhəmiyyətli addımlardan hesab olunur

385641
Kök hüceyrə  metodu ilə görmə maneəni qaldırır

Kök hüceyrə metodu  ilə görmə maneəni qaldırır
Kök hüceyrə metodu korluğun müalicəsində əhəmiyyətli addımlardan hesab olunur
İngiltərədə elm xadimlǝri bir nömrəli korluq səbəbi olan Sarı Nöqtə xəstəliyinin müalicəsində əhəmiyyətli bir addım atdıqlarını açıqladı. İngiltərədəki Moorfields Göz Xəstəxanasının mütəxəssisləri, kök hüceyrə müalicəsiylə tətbiq olunan bir metodla  bir çox insanın yenidən görməsinin təmin edildiyini bildirdi.

60 yaşındakı kor bir xəstənin retinasına kök hüceyrə istifadə edǝrǝk laboratoriya şǝraitindǝ çıxarılan 6 mm diametrində bir retinal toxumanı nəql etdiklərini bildirən mütəxəssislər, müsbət nəticə alınsa 45 dəqiqə davam edən bu əməliyyatın tətbiq olunmağa başlayacağını açıqladı.

İngilis mətbuatına müsahibǝ verǝn araşdırmaçılar, müalicənin işə yarayıb yaramadığının dekabr ayında müəyyən olacağını və əgər müsbət nəticə alınsa, 45 dəqiqə davam edən bu əməliyyatın 2 il içində ölkə daxilindǝki xəstəxanalarda tətbiq olunmağa başlayacağını söylədi.
Kök hüceyrənin nəqli yoluyla ǝməliyyatı reallaşdıran retina cərrahı professor Lyndon Da Cruz mövzuyla əlaqədar İngilis Daily Mail qəzetinə etdiyi şərhdə;

- " Çox həyəcanlı olmağımızın səbəbi bir çox xüsusi hüceyrələr çıxarıb xəstəyə köçürməyi bacara biləcəyimizdir  "dedi


Etiketlәr:

Әlaqәli Xәbәrlәr