Daha 30 nǝfǝr Türkiyǝyǝ müalicǝyǝ gǝlib

Azǝrbaycandan daha 30 nəfər sağlamlıq imkanları məhdud uşaq valideynlərindən birinin müşaiyəti ilə Türkiyəyə ixtisaslaşmış bərpa müalicəsinə gǝlib.

354505
Daha 30 nǝfǝr Türkiyǝyǝ müalicǝyǝ gǝlib

Azǝrbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tǝşkilatçılığında (ƏƏSMN) daha 30 nəfər sağlamlıq imkanları məhdud uşaq valideynlərindən birinin müşaiyəti ilə Türkiyəyə ixtisaslaşmış bərpa müalicəsinə gǝlib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatına ǝsasǝn, ƏƏSMN-nin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev bildirib ki, Azərbaycanda sosial proqramların cari ildə də uğurla davam etdirilməsi tibbi-sosial reabilitasiya sahəsində də özünü aydın şəkildə göstərir. Cari ilin ötən dövründə hazırda göndərilən uşaqlar da daxil olmaqla nazirlik tərəfindən xaricə ixtisaslaşmış bərpa-müalicəsinə göndərilən əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sayı artıq 215-ə çatıb ki, bu da ötən illə müqayisədə 33% çoxdur. Göndərilən şəxslər Türkiyənin Dənizli bölgəsindəki Nobel Tibb Mərkəzində 5 ulduz oteldə yerləşdirilir və qabaqcıl metodlar əsasında göstərilən reabilitasiya xidməti ilə təmin olunurlar.
Qeyd edǝk ki, ƏƏSMN-nin bir nəfər həkimi də Azǝrbaycandan göndərilən şəxslərə mərkəzdə xidmətlərin göstərilməsinə nəzarət etmək və müvafiq reabilitasiya təcrübəsini öyrənmək üçün Türkiyəyə ezam olunur.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr