"WhatsApp" ödənişli olacaq

Şirkət nümayəndəsindən əhəmiyyətli açıqlama

351084
"WhatsApp" ödənişli olacaq

Ən çox müraciət edilən “online” mesajlaşma proqramı “WhatsApp”dan istifadəçilərə əhəmiyyətli xəbərdarlıq gəlib.
Mobil telefonlarda hər kəsin tez-tez bir-birinə göndərdiyi “ “WhatsApp”ı pulsuz istifadə etmək üçün bunları tətbiq olunmalıdır” məzmunlu mesajlar şirkət səlahiyyətliləri tərəfindən təqzib edilib.
Proqramın ödənişli olacağı iddiaları ilə istifadəçilərə göndərilən “Bu mesajı “WhatsApp” istifadəçisi olan 10 yoldaşınıza göndərdiyiniz təqdirdə 5 il pulsuz WhatsApp istifadə haqqı qazanacaqsınız” mətnli mesajları təqzib edən şirkət nümayəndəsi “Belə mesajlara cavab verməyin və heç kimə göndərməyin” xəbərdarlığını edərək “Pulsuz sınaq müddəti sona çatdığında, proqramın bir illik abunə haqqı 0,99 dollar olacaq” deyə bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr