Artıq QİÇS testini evdə etmək mümkündür

Fransa Səhiyyə Nazirliyi QİÇS virusu ilə yoluxma şübhəsinə düşənlərin həkim resepti olmadan, evdə özlərinə HIV testi etmələrinə imkan verən testləri satışa təqdim etdi.

389239
Artıq QİÇS testini evdə etmək mümkündür

Xəstələr  əczaxanadan reseptsiz olaraq alacaqları testlərlə ən çoxu yarım saat ərzində QİÇS virusunu  daşıyıb daşımadıqlarını öyrənəcəklər.


Fransada 15 sentyabrdan etibarən 25-30 Avroya satışa təqdim olunan testlər  hamiləlik testləri kimi 99.9% etibarlılıq səviyyəsi daşıyır.

Bir damla qan alınaraq aparılan test ilə xəstələr 15 dəqiqə içində nəticə alacaqlar.

Səhiyyə Naziri Marisol Touraine:"Bu testlər  QİÇS-in mövcud diaqnoz testlərinin yerini alacaq bir alternativ olmayacaq, onlara əlavə bir test olacaq. Xəstəxanaya gedib QİÇS diaqnoz testlərindən keçmək  istəməyən çoxsaylı QİÇS xəstəsi vardır. Bunu özləri etmək istəyirlər. Yeni satışa təqdim olunan testlər bu xəstələrin üzə çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir" dedi.

QİÇS France dərnəyinin Sədr Müavini Stephane Calmon da: "Bu xəstəlikdə erkən diaqnoz çox əhəmiyyətlidir. Özünü test edən insanlar test üzərindəki məlumatlardan kimə müraciət edəcəklərini öyrənəcəklər" deyə danışdı.

Fransada hər il 7-8 min arasında insan QİÇS virusuna yoluxur.

Fransa, Amerika və İngiltərədən sonra dünyada bu testi qanuniləşdirən üçüncü ölkə oldu.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr