Qısa zamanda məşhurlaşan gənc Azərbaycanlı dizayner

Azərbaycanın “Qafqazinfo” xəbər saytının məlumatına görə, Samir Sadıxov ilk dəfə ABŞ-ın tanınmış avtomobil şirkəti “Rezvani Motors”un özünün dizaynı əsasında hazırladığı maşına əyləşib.

377375
Qısa zamanda məşhurlaşan gənc Azərbaycanlı dizayner

Dizayner həmin modeldə oturaraq çəkdirdiyi fotonu sosial mediada paylaşaraq bu şərhi verib:
“Nəhayət ki... İnsanın öz dizaynı əsasında hazırlanmış maşını sürmək inanılmaz bir hissdir. Xəyallar gerçəkləşir... ”

25 yaşlı Samir Sadıxovun dizayn etdiyi “Beast” modeli iyunun 15-dən satışa çıxarılıb.
Bu avtomobil saatda 100 kilometri 2.8 saniyəyə yığır. 500 at gücündə olan avtomobilin çəkisi 750 kiloqramdır.
Gənc dizayner 1990-cı il iyulun 20-də Gəncə şəhərində anadan olub. O, “Lamborghini” avtomobil şirkətində dizayner kimi çalışıb, İtaliyanın Avropa Dizayn İnstitutunda təhsil alıb. “Xəzri” adı ilə dizayn etdiyi avtomobil “Ferrari 2011” Beynəlxalq Dizayn Müsabiqəsində ikinci yeri tutub.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr