Türk həkimlərindən əhəmiyyətli ixtira

Ürək təmir dəsti və ağciyər sinə drenajı adlı iki tibbi cihaz ixtira ediblər.

329725
Türk həkimlərindən əhəmiyyətli ixtira

Cihazlardan sinədən qanamalı yaralanmalar zamanı təcili tibbi yardım ovtomobillərində müdaxilə edilərək ani ölümlərin qarşısının alınmasında istifadə edilməsi düşünülür. Xüsusilə silahlı və kəsici alətlərlə qanamalı sinə yaralanmaları zamanında müdaxilə çox əhəmiyyətlidir. Təcili tibbi yardım xidməti xəstəni ən qısa müddətdə hadisə yerindən götürərək xəstəxanaya çatdırır. Ancaq xəstənin sinə nahiyəsində ki, əhəmiyyətli orqanları zərər görübsə və intensiv qanaxma varsa xəstəyə dərhal müdaxilə edilməsi lazımdır. Qəhramanmaraş Südçü İmam Universiteti Tibb Fakültəsi qanaxmanı dayandıraraq xəstəyə dərhal müdaxilə edilə biləcək 2 tibbi cihaz kəşf ediblər. Birincisi ürək yaralanmaları zamanı müdaxilə etmək üzrə ürək təmir dəsti. Digəri isə ağciyər yaralanmalarına müdaxilə etmək üçün sinə drenajı. Cihazlar qanaxma bölgələrinə çataraq baloncuk tamponu vasitəsi ilə qanaxmanı dayandırır. Ardından isə içəridə yığılan qan da təmizlənir. Bu şəkildə isə xəstəyə əməliyyata qədər 5-6 saat vaxt qazandırır. İnsana ən yaxın fizioloji quruluşa sahib heyvanlarda sınanan məhsullardan tam nəticə əldə olunub.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr