Perseid meteor yağışı

Perseid meteor yağışı bu gecə və cümə axşamı g zirvəyə çıxacaq

323876
                               Perseid meteor yağışı

Perseid meteor yağışı bu gecə və cümə axşamı günü zirvəyə çıxacaq.
Perseidlər - radiantı Persey bürcündə olan meteor seli 830 ildən bǝri məlumdur.
Xalq arasında "ulduz düşməsi" olaraq bilinən meteorit yağışının ən sıx olanlarından biri Perseid 12-13 avqust tarixində maksimum səviyyəyə çatacaq. Səmadakı mərasim gecənin hakim olduğu bölgələrdə çılpaq gözlə izlənilə biləcək.

12-13 Avqust gecəsi yaşanacaq səma şousu olan, xalq arasında "ulduz düşməsi" deyə bilinən hadisə əslində meteoritlərin son dərəcə yüksək sürətlərlə Yer atmosferinə girərək sürtünmə nəticəsində yanmasıyla meydana gəlir

Bu il 12- 13 Avqust tarixlərində, gecə yarısından sonra meteor yağışı maksimum həddə çatacaq. Şəhər işıqlarından uzaq bir yerdə gecə boyunca saatda 90-a qədər meteor görmək mümkündür.Persey bürcü ölkəmizdəki müşahidəçilər üçün təxminən gecə yarısı şimal-şərqdən yüksələcək,  Ay da bütöv aya yaxın görünüşdə olacaq.
Meteorit yağışı xüsusilə şəfəq sökmədən əvvəl çox parlaq bir şəkildə görünǝcǝk.

 

 

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr