Amerika Birləşmiş Ştatlarında "legioner" çaxnaşması

Xəstəliyə tutulan 7 nǝfǝr həyatını itirdi

315841
 Amerika Birləşmiş Ştatlarında "legioner" çaxnaşması


Amerika Birləşmiş Ştatlarında "legioner" çaxnaşması

Amerika Birləşmiş Ştatlarının New York şəhərində əksəriyyətlə kondisionerlərin səbəb olduğu xəstəliyə tutulan 7 nǝfǝr həyatını itirdi.

86 nǝfǝrdǝ də bakteriya aşkar edildi. 

Mütəxəssislər şəhər sakinlərini xəstəliyǝ qarşı ciddi olmaları üçün xəbərdar etdi.

Xəstəliyə yol açan bakteriya 1976-ci ildə Amerika Birləşmiş Ştatları legionerlərin bir konfransı əsnasında təsbit edildiyi üçün "legioner xəstəliyi" olaraq adlandırılır.

Bakteriya kondisionerlərin filtr sistemlərində uyğun nəm və istilikdə çoxalıb mühitə dağılır.

Ağciyərlərə yerləşən bakteriya sətəlcəmə gətirib çıxarır.

Xəstəliyin ən mühüm əlamətləri arasında öskürək, qusma, ishal, halsızlıq və baş ağrısı yer alır.

Xəstəlik insandan insana bulaşmır ancaq 10 hadisədən 1-i ölümlə qurtara bilǝr .

Mütəxəssislər xəstəlikdən qorunmaq üçün kondisioner sistemlərinin yardım mǝqsǝdli istifadǝ etmǝlǝrini təklif edir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr