Fransada bir mağarada 560 min illik insan dişi qalıqları tapıldı

Arago Mağarasındakı bu qalıntılar arxeologiya maraqlıları tǝrǝfindǝn kǝşf edildi

306415
Fransada bir mağarada 560 min illik insan dişi qalıqları tapıldı


Fransanın cənubundakı bir mağarada aparılan qazıntılarda 560 min illik insan dişi qalıqları tapıldı.

50 ildən çox zamandır qazıntıların sürdüyü Tautaveldǝki Arago Mağarasındakı bu qalıntılar,  hǝlǝ dǝ tǝlǝbǝ olan arxeologiya maraqlıları tǝrǝfindǝn kǝşf edildi. 

Mağarada bu günə qədər 80 min ilə 500 min illər arasında  yaşayan  insanların  600 minǝ yaxın qalıqları  tapılmışdır.

Mağarada daha əvvəl də bölgənin şöhrǝt tapmasına gǝtirib cıxardan və "Tautavel insanı" adı verilən 450 min illik insan qalığı ortaya çıxmışdı.

Arxeoloqlar yeni kǝşf edilǝn insan dişinin qalıqlarını daha əvvəl tapılan insan qalıntısıyla müqayisə etmǝyǝ hazırlanır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr