Dünyanın və Günəşin "əmi uşaqları" planetləri kəşf edildi

ABŞ Kosmos və Havaçılıq Dairəsi NASA Yer kürəsinə çox bənzəyən və 1400 işıq ili uzaqlığında olan yeni planetin və günəşinin olduğunu açıqlayıb.

384641
Dünyanın və Günəşin "əmi uşaqları" planetləri kəşf edildi

  “Kepler-452 B” adı verilən qayalıq-planet şəkil olaraq Yer kürəsinə çox bənzəyir, ancaq dünyadan daha yaşlı və böyükdür.

  Öz oxu ətrafında fırlanan “Kepler-452” ulduzu günəş kimi planetə işıq və istilik verir. Bu səbəbdən yeni planetdə yaşayış və həyat ehtimalı olduğu bildirilir.

  Yeni planeti "Dünyanın əmisi oğlu" adlandıran NASA mütəxəssisləri Günəşdən daha böyük və parlaq olan bu planetin işıq qaynağı ulduzuna da "Günəşin əmisi oğlu" deyir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr