Sümük iliyi xərçəngi xəstələrinə ümid

İngilis alimlərin kәşf etdiklәri dərman ‘‘Multipl miyeloma’’ yəni ( sümük iliyi xərçəngi) xəstələrini sevindirib.

382213
Sümük iliyi xərçəngi xəstələrinə ümid

Alimlərə görə, dərman xərçəng hüceyrəsinin tərkibində olan SLAMF7 adlı molekulu hədəf alaraq immunitet sisteminin bu hüceyrələri aradan qaldırmasına kömək edir.
Professor Graham Jackson, yeni dərmanın sümük xərçəngindәn əziyyət çəkən xəstələrin müalicәsindә istifadә edilәcәyini vә bundan müsbәt nәticә alınacağına ümidvarlığını bildirib.
Jacksona görə, dәrmanın istifadәsiylә xəstələrin kimiyəvi müalicə qәbul müddәti azalacaq.
Qeyd edək ki, araşdırmanın nəticələri "New England Journal of Medicine" jurnalında dərc olunub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr