‘‘New Horizons’’ gəmisi bu gün Pluton planetinə çatacaq

Amerikanın Aeronavtika və Kosmos İdarəsi NASA-ın kosmik proqramı çərçivəsində 9 il əvvəl kosmosa göndərdiyi ‘‘New Horizons’’ gəmisi bu gün Pluton planetinə bir milyon 600 min km yaxınlaşıb.

380315
‘‘New Horizons’’ gəmisi bu gün Pluton planetinə çatacaq

‘‘New Horizons’’ gəmisi, haqqında çox az şey bildiyimiz planetin şəkillərini çəkəcək.
Qeyd edək ki, Dünya ilə Pluton planetinin arasında 5 milyard kilometr məsafə var. Bu sәbәbdәn göndərilən siqnallar dünyaya bir neçe saatda çata bilәcәk.
Xatırladak ki,Pluton planeti 1930 ildə Klayd Tombo tərəfindən kəşf edilmişdi və 2006 ilə dək planet kimi qəbul edilirdi. Lakin son zamanlar Pluton ‘‘ cücə planet’’ sinifinə daxil olub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr