Astronomiya alimləri ən böyük qara dəliyi kəşf etdilər

Yale Universitetindən verilən məlumata görə, “ Yür kürəsinin də içində olduğu Samanyolu qalaktikasınQara dəlikdadır və 220 milyon işıq ili uzaqlığında olan CID-947 qalaktikasının mərkəzindədir”.

380497
Astronomiya alimləri ən böyük qara dəliyi kəşf etdilər

  Amerika Havaçılıq və Kosmos Dairəsinin (NASA) “Chandra X” rəsədxanası, Havayın WM Keck Rəsədxanası və Avropa Kosmos Agentliyi (ESA) tərəfindən idarə olunan XMM-Newton kosmos vasitəsindən əldə edilən məlumatlara görə, kəşf edilən qara dəlik günəşdən təxminən 7 milyard dəfə böyükdür. Günəşin də Yer kürəsindən 109 dəfə böyük olduğu nəzərə alınarkən kəşf olunan qara dəliyin dünyadan 763 milyard dəfə böyük olduğu məlum olur.

  Kainatın meydana gəlməsinin səbəbi fərz edilən böyük partlayışdan təxminən 2 milyard il sonra meydana gəldiyi sanılan qara dəliyin 11,7 milyard yaşında olduğu təxmin edilir.

  Araşdırma qrupu kəşf edilən qara dəliyin ətrafındakı qalaktikanın 10-da birini meydana gətirdiyini ortaya çıxarıb.

  Araşdırmada iştirak edən İsveçrə Federal İnstitutundən Benny Trakhtenbrot deyib: "Normal ölçülərdə olan qalaktikada nəhəng bir qara dəliyi kəşf etdik. Bu qara dəlik ətrafındakı qalaktikanı indiyə qədər rastlaşmadığımız bir sürətlə yeyir. Kəşf qalaktikaların təşəkkülü ilə bağlı hal-hazırkı modelləri yenidən nəzərdən keçirməyimizə yol açacaq".

  Qara dəliyin kəşfilə əlaqədar məqalə "Science" jurnalında dərc olunub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr