Beşulduzlu sistem aşkara çıxıb

Astronavtika alimləri bir-biriylə əlaqəli olan beşiz ulduz sistemi kəşf ediblər.

378847
Beşulduzlu sistem aşkara çıxıb

  BBC-nin xəbərinə görə, beşiz ulduz sistemində yer alan dörd ulduz cüt olaraq hərəkətdədir. Cütlərdən birinin peyki var.

  Sistemdəki ulduz cütlər ortaq bir cazibə mərkəzi orbitində fırlanır.

  Kəşf olunan yeni ulduz sistemi “Böyük ayı” ulduz qalaktikasından 250 işıq ili qədər uzaqlıqda yerləşir.

  Sistemdəki ulduz cütlərindən birinin təmas edən, digərinin isə aralarında 3 milyon kilometrlik məsafədə olan diskret cüt ulduz olduğu bildirilir. Beşinci ulduz bu diskret cüt ulduzla əlaqəlidir. 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr