Robotlar ABŞ-da yarışıb

Müsabiqədə müxtəlif ölkələrdən 23 robot iştirak edib

300042
Robotlar ABŞ-da yarışıb

ABŞ-ın Kaliforniya ştatının Pomona şəhərində ABŞ Müdafiə Nazirliyinin İrəli Araşdırma Layihələri Agentliyinin (DARPA) təşkil etdiyi robot yarışmasının növbəti müsabiqəsi keçirilib.
Müsabiqə 2011-ci ildə Yaponiyada zəlzələ nəticəsində “Fukusima-1” Atom Elektrik Stansiyasında baş verən nüvə qəzasından sonra, bu cür fəlakətlər zamanı insanların daxil ola bilmədikləri təhlükəli yerlərdə robotlardan istifadə edilməsi məqsədi ilə təşkil olunub. ABŞ, Almaniya, Yaponiya, Koreya, İtaliya və digər ölkələrdən olan 23 robotun iştirak etdiyi müsabiqədə robotlar eyni zaman çərçivəsində dörd komandaya ayrılaraq verilən tapşırıqları yerinə yetiriblər. Səkkiz mərhələli bu müsabiqədə hər bir komandaya bir saat vaxt verilib. Robotlar maşını idarə edib, qapı açaraq hadisə yerinə daxil olub və orada qarşılarına çıxan istənilən maneəni dəf edərək bacarıq nümayiş etdiriblər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr