Videooyunlar alsgeymer xəstəliyinə yoluxma riskini artırır

Kanada alimləri 26 oyunçu və 33 adi insanı sınaqdan keçiriblər

301708
Videooyunlar alsgeymer xəstəliyinə yoluxma riskini artırır

Kanadanın Monreal Universitetinin alimləri iddia edirlər ki, yeniyetməlik dövründə videooyunlara aludə olmaq yaşlı vaxtlarda alsgeymer xəstəliyinə yoluxma riskini artıra bilər. Alimlərin fikrinə görə, bu zaman oyunçuların beyninin əsas hissəsində - quyruqlu nüvəsində dəyişikliklər olur ki, bu da hippokampda boz maddənin tükənməsinə gətirib çıxara bilər. Əvvəlki tədqiqatlar göstərib ki, yaddaş, təlim və emosiyaları idarə edən bu sahədə həcmin azalması demensiya və depressiya da daxil olmaqla, nevroloji və psixoloji pozğunluqlarla əlaqəlidir. Kanadalı ekspertlər beyin dalğaları və gözlərin hərəkətindəki dəyişiklikləri qeydə almaqla, 26 oyunçu və 33 adi insanı sınaqdan keçirərək bu nəticəyə gəliblər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr