Kembric Universiteti alimlərindən yenilik

Biz bir şeyi xatırlamağa çalışarkən, nələrisə mütləq unuduruq

288246
Kembric Universiteti alimlərindən yenilik

Kembric Universitetinin neyrobioloq-alimləri apardıqları araşdırmalar nəticəsində belə bir paradoksal qənaətə gəliblər ki, biz bir şeyi nə qədər xatırlamağa çalışırıqsa, bir o qədər də yaddaşımıza ziyan vururuq.
Bu məqsədlə bir neçə könüllünün iştirakı ilə keçirilmiş sınaqda onlara bir az əvvəl nümayiş etdirilmiş şəkilləri xatırlamaqları tapşırılıb. Beləliklə, beynin fəallığını maqnit-rezonans tomoqrafiyasının köməyi ilə müşahidə edən tədqiqatçılar müəyyən xatirəni və onun üçün tipik beyin fəallığının şəklini dəqiq müqayisə etməyə müvəffəq olublar.
Nəticələrə görə biz bir şeyi xatırlamağa çalışarkən, nələrisə mütləq unuduruq. Bu prosesin neyrobioloji mexanizmi yaddaşın optimallaşdırılması vasitəsilə stres və əsəb yaradan lazımsız və ya pis xatirələrdən qurtulmağa yardım edir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr