Ağıllı telefonlar qandakı parazitləri təsbit edəcək

İstifadə sahəsilə günü gündən genişlənən ağıllı (smartfon) telefonlara əlavə edilən “Cellscope” sistemi artıq qandakı parazitləri belə təsbit edə biləcək. Necə?

266725
Ağıllı telefonlar qandakı parazitləri təsbit edəcək

  Xəstədən iynə ucu qədər qan alınaraq kiçik qutuya qoyulur və o, cib telefonunda yerləşdirilir. “Cellscope” proqramı telefondakı qan nümunəsindəki hərəkəti izləyərək Loa parazitlərini təsbit və sayını təxmin edir, xəstəyə dərman müalicəsinə uyğun olub-olmadığı haqda da yol göstərir.

  Mütəxəssislər bununla tropik xəstəliklərin müəyyənləşməsində böyük asanlıq təmin ediləcəyini bildiriblər.

  Kamerunda ilkin təcrübələr “Cellscope” sistemin müvəffəqiyyətli olduğunu ortaya qoyub.

  Qeyd edək ki, 40 min adamın bu üsulla testdən keçirilməsi planlaşdırılır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr