10 ən yaxşı yaşıl tərəvəzlərin faydaları

Bunlarla qidalanma insanların sağlamlığını təmin edir

255347
10 ən yaxşı yaşıl tərəvəzlərin faydaları

Bunlarla qidalanma insanların sağlamlığını təmin edir
Qara kələm
Qara kələm tərəvəz dünyasının şahı hesab olunur. Bu kələm demək olar ki, tam bir vitamin kompleksidir. Tərkibi kalsium, kükürd, dəmir və liflə zəngin olan tərəvəz vitamin deposudur.
Bol miqdarda kalsiyum və A, K vitaminləriylə zəngindir. K vitamini xüsusilə sümükləri möhkəmləndirir, eyni zamanda qan laxtalanmasını qarşısını alır.
Yaşıl çay
Müxtəlif çay növləri olsa da, bunların arasında yaşıl çayın ayrıca yeri var.
Çaylar arasında yaşıl çay ən az emal prosesinə uğramış çay olduğu üçün antioksidant baxımından çox zəngindir.
Güclü antioksidant xüsusiyyətlərinə malik olmaqla yanaşı, yaşıl çay insanın orqanizmini müxtəlif zərərli maddələrdən (şlaklar, toksinlər) təmizləyir və nəticədə insanın immun sistemini möhkəmləndirir.
Diabet, piylənmə və ürək xəstəliklərindən əziyyət çəkən insanlar üçün çox xeyirlidir.
Yaşıl bibər
Bu bibərin tərkibindəki C vitaminin miqdarı təxminən portağalın tərkibində olan C vitamininə bərabərdir. Eyni zamanda lif, A vitamini və kalium deposudur.
Brüssel kələmi
Brüssel kələmi ləzzət etibarilə iştahaçıcı olmasa da tərkibindəki omeqa 3, vitamin C, A və B6-nın əla mənbəyi, əsas antioksidant kimi yeyilməyə dəyər tərəvəz növlərindən biridir.
Onun lif tərkibi qəbzlik probleminin qarşısını alır. Brüssel kələmində olan bəzi maddələr ürək xəstəlikləri, xərçəng qarşısının alınmasında qoruyucu təsiri var. Sağlam həzm sistemi üçün də olduqca faydalıdır.
Kivi
Kivinin tərkibində portağaldan daha çox C vitamini var. Kivi eyni zamanda böyrək daşı əmələ gəlməsinin qarşısını alan meyvədir. Bu meyvə gözlərin sağlamlığı üçün çox faydalıdır. Gündə ən azı 3 ədəd kivi yeməyin təzyiqi aşağı salması elmi araşdırmalarla sübut edilib.
Reyhan
Reyhanın tərkibində lif, A, C, K və B6 vitaminləri ilə yanaşı kalsium, sink və dəmir də var. Stress hormonu olaraq, tanınan kortizolun bədəndəki səviyyəsini aşağı saldığı üçün insanı psixoloji olaraq da rahatlaşdırır. Sızanaqlar üçün də faydalıdır.
Kəklikotu
Bir çay qaşığı kəklikotunun tərkibində gündəlik lazım olan dəmir, A, C, E və K vitaminləri var. Eyni zamanda yaddaşı gücləndirir və ağız bakteriyalarına qarşı təsirlidir.
Yaşıl lobya
Yaşıl paxlanın tərkibində çoxlu miqdarda lif və folat var. Həmçinin A, K və C vitaminləri və müxtəlif minerallarla zəngindir. Hər gün C vitamini ilə zəngin olan 10 ədəd yaşıl paxla yemək orqanizm üçün çox faydalıdır.
Zeytun
Zeytunda və onun yağında doymamış (omeqa-6) yağ turşuları var. İnsanın orqanizmini artrit, diabet və xərçəng riskindən qoruyur.
Yetişməmiş yığılan yaşıl zeytun daha çox faydalıdır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr