İnsanların 17 faizi nədən ölür?

Amerika Ankoloji Araşdırmalar Mərkəzi 11 ildir ki, 1 milyon xərçəng xəstəsi üzərində   tədqiqat aparır.

241089
İnsanların 17 faizi nədən ölür?

  Nəhayət, araşdırmalarının nəticəsini ABŞ-ın “New England” tibb jurnalında dərc etdirib.

  Hesabata görə, dünya üzrə ölənlərin 17 faizi siqaret və nikotinlə bağlı maddələr qəbulundan dünyasını dəyişir. Tibbdə 21 xəstəlik birbaşa nikotin istifadəsindən meydana gələn xəstəliklərdir.

  55 yaşdan yuxarı olan siqaret çəkənlərin ölüm nisbəti çəkməyənlərlə müqayisədə 2-3 dəfə çoxdur. Böyrək çatışmazlığı, təzyiq və damar xəstəlikləri, prostat və sinə xərçəngi, bir çox mikrob xəstəlikləri, sinə və tənəffüs problemləri birbaşa siqaret və nikotinin nəticələridir.

  Araşdırmada bu da qeyd olunur ki, nikotinin bu zamana qədər zərərləri tam mənasıyla aşkarlanmayıb, halbuki hər tibbi araşdırma nikotininin yeni bir zərərini ortaya qoyur.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr