Cəsus proqramı dünyanı çalxalayır

Cəsus proqramı dünyanı çalxalayır

222400
Cəsus proqramı dünyanı çalxalayır

  Rus “Kaspersky” laboratoriyası Amerika Milli Təhlükəsizlik Təşkilatı NSA-nın Yaxın Şərq ölkələrində bir cəsus proqramını ortaya çıxarıb.

  Cəsus proqramının Pakistan, Əfqanıstan, Rusiya, İran, Çin və Suriyanın də aralarında olduğu 30 ölkədə milyonlarla kompüterlərə sızdığı təsbit edilib.

  Kaspersky şirkəti tərəfindən edilən şərhə görə “Fanny” adlı bu virus daşına bilən yaddaşa (“fləşka”ya) və bəzi şirkətlərin istehsal etdiyi kompüterlərin təməl proqramına yerləşdirilir. Buna görə sezilməsi qeyri-mümkün olur, kompüter format olunsa da, bu virus yox olmur. Kompüter hər açıldığında proqram aktiv hala gəlir və uzaqdan idarə edilməklə hiss olunmadan bilgisayardan bütün məlumatları alır, internetdən çıxıldığı zaman belə məlumat axını davam edir.

  Bu cəsus virusuna Braziliya, Belçika, və Fransa kimi ölkələrin hərbi təşkilat, ictimai qurum, bank və enerji şirkətlərinin kompüterlərində da rast gəlinib.

  Virus ayda 2000 kompüterə bulaşır və 2007-ci ildən bu yana istifadə olunduğu güman edilir. Araşdırmaya görə, “Fanny” virusu kütləvi olaraq 2009-cu ildə Hyustonda təşkil edilən elmi konfransda alimlərin CD-lərinə yerləşdirilib.

  “Fanny” NSA-nın İsraillə birlikdə İranın nüvə proqramını məhv etmək üçün inkişaf etdirilmiş “Stuxnet” virusuna bənzər bir proqramdır. Bu virusun da qaynağının Amerika NSA olduğu deyilir.

  “Kaspersky” indiyə qədər inkişaf etmiş ən təcrübəli və kompleks cəsus proqramlarına qarşı ən aktiv virus təmizləyici bir proqramdır.

  Artıq mütəxəssislər Amerika texnologiya məhsullarını almaqdan uzaq durmağı məsləhət görür.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr