ABŞ-da yeni funksiyaya malik bankomat sınağdan keçirilir

Yeni bankomat müştəri PİN kodu daxil etməyə başlayan zaman onun fotoşəklini çəkəcək

149586
ABŞ-da yeni funksiyaya malik bankomat sınağdan keçirilir

ABŞ-ın Baltimor şəhərində müştəriləri üzün tanınması funksiyası vasitəsilə identifikasiya edəcək bankomatın sınağı keçirilir. “Securityplus” Federal Kredit İttifaqı şöbələrin birində biometrik bankomat quraşdırmağa başlayıb. Sınaqda filial işçiləri iştirak edəcək. Bankomat müştəri PİN kodu daxil etməyə başlayan zaman onun fotoşəklini çəkəcək. İstifadəçi növbəti dəfə digər tranzaksiyanı yerinə yetirmək üçün bankomata yaxınlaşanda aparat onun üzünü skan edərək yaddaşda qalan şəkillə müqayisə edəcək. Təsvirlər uyğun gəldikdə əməliyyat PİN kod daxil edilmədən həyata keçiriləcək. Müştəri yanında yeni tanınmamış şəxs göründükdə, əməliyyatın yerinə yetirilməsi dayandırılacaq. Bundan başqa, bütün əməliyyatlar videoya yazılacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr