Kubalı həkim Ebolanı məğlub edib

İsveçrənin Cenevrə şəhərinə gətirilən Kubalı həkim tamamilə sağalaraq İsveçrədən ayrılıb.

139118
Kubalı həkim Ebolanı məğlub edib

Sierra Leoneda Ebola virusuna yoluxduqdan sonra İsveçrənin Cenevrə şəhərinə gətirilən Kubalı həkim tamamilə sağalaraq İsveçrədən ayrılıb.
Cenevrə Universiteti Xəstəxanasına 20 noyabr tarixində gətirilən 43 yaşlı Felix Baez Sarria, İsveçrədə müalicə olunan ilk Ebola xəstəsi olub.
Xəstəxanada xüsusi bir otaqda müalicə edilən həkim, Sierra Leona, Ebolayla mübarizə məqsədiylə gedən 165 Kubalı həkimdən biri olub.
Bu arada, Dünya Səhiyyə Təşkilatından verilən son açıqlamada 622 səhiyyə işçisində virus təsbit edildiyi, onlardan 346-sının həyatını itirdiyi bildirilir.
Qeyd edək ki, Dünya Səhiyyə Təşkilatının son məlumatlarına görə, Qərbi Afrikada bu günə qədər 6 mindən çox adam Ebola virusuna yoluxaraq həyatını itirib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr