"Qafqazın simaları"

Hazırlanan layihə çərçivəsində Qafqaz bölgəsində yaşayan 100 yaşdan yuxarı olan insanların həyat tərzləri, adət-ənənələri araşdırılır.

200713
"Qafqazın simaları"

Ardahan Universiteti (ARU) tərəfindən hazırlanan layihə çərçivəsində Qafqaz bölgəsində yaşayan 100 yaşdan yuxarı olan insanların həyat tərzləri, adət-ənənələri araşdırılır.
ARU Rektoru Professor Doktor Ramazan Korkmaz, jurnalistlərə verdiyi açıqlamada Qafqazın insan ömürlərinin daha artıq olduğu yerlərdən biri olduğunu deyərək “Qafqazın simaları layihəsi” ilə 100 yaşdan yuxarı olan insanları araşdırdıqlarını söyləyib.
Bu insanların həyata baxışını, mədəniyyətlərini, qidalanmalarını və genetikasını təyin etdiklərini deyən Korkmaz, Çeçenistan, Dağıstan, Osetiya, Çerkezistan, Türkiyə, Gürcüstan, Azərbaycan və İranda araşdırmalar apardıqlarını vurğulayıb.
Qeyd olunub ki, proqram rəsmlərlə sənədli film şəklində olacaq. Amerika, Almaniya, İngiltərə və Türkiyədə sərgi açacaqlarını deyən rektor Korkmaz, layihə çərçivəsində insan hekayələrinin ortaya çıxdığını, bunlardan birinin film mövzusu ola biləcəyinə diqqət çəkib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr