BMT Qəzza ilə bağlı çağırış etdi
Bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) bəyanat yayıb.
Birləşmiş Millətlər Təşkilatı (BMT) Qəzza zolağı, eləcə də işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdəki 3,3 milyon insanın ehtiyaclarını ödəmək üçün 2,8 milyard dollar yardıma ehtiyac olduğunu bildirib.
Bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) bəyanat yayıb.
Bəyanatda bildirilib ki, BMT və tərəfdaşlarının bu çağırışı 2024-cü ilin aprel-dekabr aylarını əhatə edir.
Qeyd edilib ki, bu, ilk dəfə 2023-cü il oktyabrın 12-də edilən və 2023-cü ilin noyabrında yenilənən yardım çağırışıdır.
Bildirilib ki, BMT və tərəfdaşları tələb olunan 2,8 milyard dollarla ehtiyacı olan 3,3 milyon insanın ehtiyaclarını ödəməyi, onların ağrı-acılarını azaltmağı və daha çox insan tələfatının qarşısını almağı planlaşdırır.
Әlaqәli Xәbәrlәr
“Bir sıra Aİ ölkəsinin Fələstini rəsmən tanımasını gözləyirik”, C.Borell
İspaniyanın rəsmi xəbər agentliyi EFE-nin məlumatına görə ...