Aİ İrana qarşı sanksiyaları genişləndirəcəyini açıqlayıb

Bu barədə Aİ liderlərinin birgə bəyanatında bildirilib.

2129474
Aİ İrana qarşı sanksiyaları genişləndirəcəyini açıqlayıb

Avropa İttifaqı (Aİ) İsrailə hücumla əlaqədar İrana qarşı sanksiyaları genişləndirəcəyini açıqlayıb.

Bu barədə Aİ liderlərinin birgə bəyanatında bildirilib.

Bəyanatda aprelin 13-də İsrailə təşkil etdiyi hücumun liderlər tərəfindən yekdilliklə pisləndiyi və İrana qarşı sanksiyaların genişləndirilməsinə qərar verildiyi bildirilib.

Bəyanatda həmçinin xatırladılıb ki, Qəzzadakı böhran təcili atəşkəs, əsirlərin azad edilməsi və humanitar yardımların maneəsiz çatdırılması yolu ilə dayandırılmalıdır. Bəyanatda Aİ-nin iki dövlətli həllə sadiqliyi də vurğulanıb.
Bəyanatda Livandakı vəziyyətə də toxunulub və Aİ-nin bu ölkəyə güclü dəstəyi bir daha vurğulanıb. Aİ liderləri suriyalı qaçqınların təhlükəsiz və könüllü şəkildə ölkələrinə qayıtmasını dəstəklədiklərini vurğulayıblar.



Әlaqәli Xәbәrlәr