Rusiya Çerniqov şəhərinə hücum etdi, ölən və yaralananlar var

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Çerniqov şəhərinə təşkil etdiyi raket hücumu nəticəsində 10 nəfərin öldüyünü, 20 nəfərin yaralandığını bildirib.

2128955

Volodimir Zelenski rəsmi internet səhifəsində etdiyi paylaşımda  Rusiyanın Çerniqov şəhərinə raket hücumu təşkil etdiyini qeyd edib.
Hücumun baş verdiyi ərazidə axtarış-xilasetmə işlərinin davam etdiyini qeyd edən Volodimir Zelenski deyib: "İnsanların dağıntılar altında qalıb. İndiyədək 20 nəfər yaralanıb, 10 nəfər ölüb. Ailələrinə və yaxınlarına başsağlığı verirəm''.
Çerniqov Bələdiyyə Başçısı Oleksandr Lomako da mətbuata hücumla bağlı verdiyi açıqlamada 8 mərtəbəli sosial obyektin hədəf alındığını, binaya və ətrafdakı avtomobillərə ziyan dəydiyini vurğulayıb.

Etiketlәr: #hücum , #Ukrayna , #Rusiya

Әlaqәli Xәbәrlәr