İsrail ordusu Əl-Faria qaçqın düşərgəsinə basqın edib

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilindəki Tubas şəhəri yaxınlığında yerləşən Əl-Faria qaçqın düşərgəsinə basqın edib.

2126898
İsrail ordusu Əl-Faria qaçqın düşərgəsinə basqın edib

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilindəki Tubas şəhəri yaxınlığında yerləşən Əl-Faria qaçqın düşərgəsinə basqın edib. Basqın zamanı 1 fələstinli ölüb, 2 fələstinli yaralanıb.
Fələstinin rəsmi WAFA xəbər agentliyinin məlumatına görə,İsrail əsgərləri fələstinlilərin Əl-Faria qaçqın düşərgəsindəki evlərinə basqın edib. İsrail əsgərləri basqına reaksiya verən fələstinlilərə həqiqi güllə ilə müdaxilə edib.
Düşərgəyə basqın zamanı bir fələstinlinin öldüyü, ikisinin də yaralandığı bildirilib.
İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən etibarən İordan çayının qərb sahili və Şərqi Qüdsdə fələstinlilərə qarşı hücumları artıb.



Әlaqәli Xәbәrlәr