Rusiya 22 Britaniya vətəndaşının ölkəyə girişinə qadağa qoyub

Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən verilən bəyanatda bildirilib.

2126650
Rusiya 22 Britaniya vətəndaşının ölkəyə girişinə qadağa qoyub

Rusiya 22 Britaniya vətəndaşının ölkəyə girişinə qadağa qoyub.

Rusiya Xarici İşlər Nazirliyindən verilən bəyanatda Böyük Britaniyanın Rusiyaya qarşı “aqressiv” siyasətlər yürütdüyü  və “düşməncəsinə” hərəkətlər etdiyi bildirilib.

Bəyanatda buna cavab olaraq 22 Böyük Britaniya vətəndaşının Rusiyaya girişinə qadağa qoyulduğu və sözügedən adların yer aldığı siyahının dərc edildiyi qeyd edilib.

Siyahıya Böyük Britaniya dövlət qurumları və hüquq xidmətləri sektorlarında fəaliyyət göstərən şirkətlərin nümayəndələri də daxil edilib.

Qeyd edək ki, Rusiya və Böyük Britaniya vaxtaşırı bir-birinin vətəndaşlarına qarşı sanksiyalar tətbiq edir.



Әlaqәli Xәbәrlәr