İsrail ordusu Ramazan bayramının ilk günündə də Qəzzanı bombaladı

İsrail ordusu Ramazan bayramının ilk günü Qəzza zolağının mərkəzindəki Zəhra bölgəsinə hücumlarını intensivləşdirib.

2126639
İsrail ordusu Ramazan bayramının ilk günündə də Qəzzanı bombaladı

İsrail ordusu Ramazan bayramının ilk günü Qəzza zolağının mərkəzindəki Zəhra bölgəsinə hücumlarını intensivləşdirib.
İsrail döyüş təyyarələri 3 saatdan çoxdavam edən hücum zamanı bölgədəki yaşayış və iş yerlərini hədəf alıb.
İsrail ordusu bombardmana başlamazdan əvvəl evlərinə qayıdan sakinlərə bölgəni tərk etmələri və bir daha geri qayıtmamaları barədə xəbərdarlıq etdiyini irəli sürüb.
Bombardman nəticəsində baş verən partlayış səsləri Zəhra bölgəsinin cənubunda yerləşən Nuseyrat qaçqın düşərgəsində eşidilib.
İsrail ordusuna məxsus maşınların Zəhra bölgəsinin şimalındakı yaşayış məntəqəsinə atəş açdığı bildirilib. Məlumata görə, hücum nəticəsində ölən və ya yaralanan olmayıb.
İsrail ordusunun 2023-cü il oktyabrın 19-da həyata keçirdiyi hücumlarda Zəhra bölgəsində çox sayda yaşayış məntəqəsini dağıdıb.

Xatırladaq ki, ''Həmas''ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı hərtərəfli hücuma başlayıb.
Buna cavab olaraq İsrail ordusu döyüş təyyarələri ilə Qəzza zolağına qarşı ''Dəmir qılınclar'' əməliyyatına başladığını açıqlayıb.

İsrail rəsmiləri Qəzzadan həyata keçirilən hücumlarda 1200 israillinin öldüyünü, 5132 nəfərin də yaralandığını açıqlayıb.

İsrailin verdiyi məlumatda 7 oktyabrdan bəri Qəzza zolağında baş verən qarşıdurmalarda ölən əsgərlərin sayının 604-ə yüksəldiyini bildirib.

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi İsrailin hücumları nəticəsində 14 500-ü uşaq və 9 560 da qadın olmaqla 33 482 fələstinlinin həlak olduğunu, azı 76 049 min adamın da yaralandığını bildirib.

İşğal altındakı İordan çayının qərb sahilində İsrail qüvvələrinin və yəhudilərin hücumları nəticəsində 460 fələstinli ölüb.

Dağıntılar altında hələ də minlərlə ölünün olduğu, insanların sığındığı xəstəxana və təhsil müəssisələrinin hədəf alınaraq mülki infrastrukturun  məhv edildiyi bildirilir.

Son məlumatlara görə, İsrail ordusu ilə Hizbullah arasında 8 oktyabr 2023-cü ildən davam edən qarşıdurmalarda 272 Hizbullah üzvü, 54 Livan vətəndaşı, 17 Əməl hərəkatı, 13 ''Həmas'', 12 İslami Cihad üzvü, 7 İsrail vətəndaşı və 11 İsrail əsgər həlak olub.



Әlaqәli Xәbәrlәr