Entoni Blinken və Yoav Qallant Qəzza məsələsini müzakirə ediblər

ABŞ dövlət katibi Entoni Blinken İsrailin müdafiə naziri Yoav Qallanta İran və onun regiondakı vəkillərinin təhdidlərinə qarşı İsrailin yanında olduqlarını bildirib.

2126643
Entoni Blinken və Yoav Qallant Qəzza məsələsini müzakirə ediblər

ABŞ dövlət katibi Entoni Blinken İsrailin müdafiə naziri Yoav Qallanta İran və onun regiondakı vəkillərinin təhdidlərinə qarşı İsrailin yanında olduqlarını bildirib.
Entoni Blinken Yoav Qallant ilə aparıdığı telefon danışığı zamanı 
Qəzza böhranı və gündəmdəki digər məsələləri müzakirə edib.
Entoni Blinken söhbət zamanı İran və onun regiondakı vəkillərinin təhdidlərinə qarşı İsrailin yanında  olduqlarını bildirib.
Davam edən Qəzza böhranı və əsir mübadiləsi məsələsini müzakirə edən tərəflər Qəzzaya humanitar yardım məsələsini də müzakirə ediblər.
Qəzzaya daha çox yardımın daxil olmasının vacibliyini vurğulayan Entoni Blinken İsrail rəhbərliyinə yardımların bölgəyə daha sürətli daxil olması ilə əlaqədar çağırış edib.
Blinken “World Central Kitchen''  (WCK) beynəlxalq yardım təşkilatının əməkdaşlarına edilən hücum kimi hadisələrin bir daha təkrarlanmamasının vacibliyini qeyd edib.
Entoni Blinken İsraildən humanitar yardım və mülki itkilərin azaldılması ilə bağlı öhdəliklərini yerinə yetirməsini gözlədiklərini də bildirib.
Ötən həftə İsrailin İranın Suriyanın Dəməşq şəhərindəki konsulluğuna təşkil etdiyi hücumdan sonra tərəflər qarşılıqlı açıqlamalar verərək bölgədəki gərginliyin səviyyəsini artırmışdı.



Әlaqәli Xәbәrlәr