Finlandiya-Rusiya müddətsiz sərhəd bağlama qərarı

A.Stubb “Yle” telekanalına müsahibəsində şərq sərhədini bağlı saxlamaq qərarının düzgün olduğunu deyib ...

2125727
Finlandiya-Rusiya müddətsiz sərhəd bağlama qərarı

 

  Finlandiya prezidenti Aleksander Stubb ölkə hökumətinin Rusiya ilə sərhəddə keçid məntəqələrini müddətsiz bağlamaq qərarını dəstəkləyib.

  A.Stubb “Yle” telekanalına müsahibəsində şərq sərhədini bağlı saxlamaq qərarının düzgün olduğunu deyib. Onun sözlərinə görə, sərhəd keçidləri qaçqınlarla bağlı vəziyyətin idarəolunmaz həddə çatmasına yol verməmək məqsədilə bağlanıb və hökumətin bu addımı xaosdan yayınmağa kömək edib.

  Qeyd edək ki, aprelin 4-də Finlandiya Nazirlər Kabineti Rusiya ilə sərhəddəki keçid məntəqələrinin fəaliyyətinin qeyri-müəyyən müddətə qədər dayandırılması barədə qərar qəbul edib. Həmin keçidlər 2023-cü il noyabrın sonunda qaçqınların ölkəyə nəzarətsiz daxil olmasının qarşısını almaq üçün bağlanmışdı.

  Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Finlandiyanın sərhəd keçidlərini bağlamaq qərarının Avropada yeni ayırıcı xətlər yaratdığını vurğulayıb və bildirib ki, rəsmi Moskvanın cavabı idarələrarası formatda hazırlanaraq veriləcək.



Әlaqәli Xәbәrlәr