İsrail ordusunun Qəzzaya hücumları nəticəsində ölənlərin sayı artmaqda davam edir

İsrail ordusunun 7 oktyabrdan etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı 32 min 975-ə yüksəlib.

2124259

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Kudra İsrailin 180 gündür Qəzza zolağına hücumları ilə bağlı məlumat verib.

Kudra İsrail qüvvələrinin son 24 saatda Qəzza zolağına təşkil etdiyi hücumlarda daha 59 fələstinlinin həyatını itirdiyini, 83 fələstinlinin isə yaralandığını bildirib.

Kudra İsrailin 7 oktyabrdan bu yana Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayının 32 975-ə, yaralıların sayının isə 75 577-yə yüksəldiyini qeyd edib.

Səhiyyə Nazirliyinin sözçüsü Kudra dağıntılar altında və yol kənarında hələ də ölülərin olduğunu, lakin İsrail qüvvələrinin maneəsi səbəbindən tibb qruplarla mülki müdafiə işçilərinin cəsədlərin olduğu bölgəyə daxil ola bilmədiyini vurğulayıb.

Әlaqәli Xәbәrlәr