Bolqarıstan və Rumıniya Şengen zonasına daxil edildilər

“X”də etdiyi şərhdə Aİ Komissiyasının sədri Ursula von der Leyen Bolqarıstan və Rumıniyanın Şengenə qoşulduğunu və 2024-cü il 31 mart tarixindən etibarən hava və dəniz sərhədlərinə nəzarətin ləğv edildiyini açıqlayıb ...

2122634
Bolqarıstan və Rumıniya Şengen zonasına daxil edildilər

 

  Bolqarıstan və Rumıniya Avropa İttifaqının (Aİ) Şengen vizasız səyahət zonasına daxil edildi.

  “X”də etdiyi şərhdə Aİ Komissiyasının sədri Ursula von der Leyen Bolqarıstan və Rumıniyanın Şengenə qoşulduğunu və 2024-cü il 31 mart tarixindən etibarən hava və dəniz sərhədlərinə nəzarətin ləğv edildiyini açıqlayıb: “Bu, bütün Avropada milyonlarla Aİ vətəndaşına fayda verəcək və Şengen bölgəsini daha da gücləndirəcək”.

  Aİ Komissiyasının daxili işlər üzrə məsul üzvü İlva Yohanson (Ylva Johansson) da növbəti mərhələdə quru sərhədlərində nəzarətin aradan qaldırılacağını və bunun il boyu üzv dövlətlər arasında danışıqlarda müzakirə ediləcəyini bildirib.

  Xatırladaq ki, Rumıniya və Bolqarıstan 2007-ci ildə Aİ-yə üzv olublar. Avstriya qeyri-qanuni miqrasiyanın arta biləcəyindən narahat olaraq uzun müddətdir ki, iki ölkənin Şengenə daxil edilməsinə qarşı çıxırdı. Razılaşma 2023-cü ilin sonunda əldə olunub.



Әlaqәli Xәbәrlәr