Rusiyada terror aktı ilә bağlı saxlanılanların sayı 9-a yüksәldi

Rusiyanın paytaxtı Moskvada "Crocus City Hall" konsert zalında törədilən terror aktı ilə bağlı saxlanılanların sayı 9-a yüksəlib.

2122341
Rusiyada terror aktı ilә bağlı saxlanılanların sayı 9-a yüksәldi

Rusiyanın paytaxtı Moskvada "Crocus City Hall" konsert zalında törədilən terror aktı ilə bağlı saxlanılanların sayı 9-a yüksəlib.

Basmanniy Rayon Məhkəməsində martın 22-də axşam saatlarında baş vermiş terror aktı ilə bağlı saxlanılan şübhəlilərdən biri də hakim qarşısına çıxarılıb.
Terror aktında  iştirak etməkdə təqsirləndirilən Tacikistan əsilli Nəzrimad Lutfulloinin mayın 22-dək həbsdə saxlanmasına qərar verilib.
Bildirilib ki, Lutfulloi terror aktının ertəsi günü ''Crocus City Hall'' yaxınlığında polisə müqavimət göstərdikdən sonra tutulub.
Xatırladaq ki, martın 22-də axşam saatlarında Moskvada “Crocus City Hall” konsert zalında silahlı şəxslər tərəfindən terror aktı törədilib. Sosial mediada paylaşılan görüntülərdə təcavüzkarların zaldakı insanları hədəf aldığı anlar əks olunub. Terror aktında həyatını itirənlərin sayının 144-ə yüksəldiyi açıqlanıb.



Әlaqәli Xәbәrlәr