BMT: Qəzzanın şimalında humanitar dəstəyə ehtiyac heç vaxt bu qədər təcili olmayıb

BMT son 48 saat ərzində Qəzzanın şimalına ərzaq yardımı edilmədiyini və humanitar dəstəyə ehtiyacın heç vaxt bu qədər təcili olmadığını bildirib.

2120050
BMT: Qəzzanın şimalında humanitar dəstəyə ehtiyac heç vaxt bu qədər təcili olmayıb

Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA) bildirib ki, son 48 saat ərzində Qəzzanın şimalına ərzaq yardımı edilməyib və humanitar dəstəyə ehtiyac heç vaxt bu qədər təcili olmayıb.

OCHA "X" sosial media platformasındakı paylaşımında Qəzzanın şimalında son 48 saatda minlərlə insan üçün həyati əhəmiyyət kəsb edən ərzaq yardımının təhlükəsiz girişin təmin edilməməsi səbəbindən dayandırıldığını bildirib.

Qəzzada aclıq artdıqca ailələrin həyatda qalmaq üçün seçimlər etmək məcburiyyətində qaldığını vurğulayan OCHA paylaşımda qeyd edib:

"Təhlükəsiz, maneəsiz humanitar dəstəyə ehtiyac (Qəzzanın şimalında) heç vaxt bu qədər təcili olmamışdır".



Әlaqәli Xәbәrlәr