Netanyahu Rəfaha hücum planını təsdiqləyib

İsrailin Baş naziri Benyamin Netanyahu Rəfaha hücum planını təsdiqlədiyini və mülki əhalinin bölgədən çıxarılması planını da yaxın zamanda təsdiqləyəcəklərini bildirib.

2118303
Netanyahu Rəfaha hücum planını təsdiqləyib

İsrailin Baş naziri Benyamin Netanyahu Rəfaha hücum planını təsdiqlədiyini və mülki əhalinin bölgədən çıxarılması planını da yaxın zamanda təsdiqləyəcəklərini bildirib.

İsrail Baş nazirliyi Mətbuat xidmətindən verilən yazılı açıqlamada bsildirilib ki, Baş nazir Netanyahu martın 18-də ABŞ prezidenti Cozef  Baydenlə telefon danışığı ilə bağlı bəyanat verib.

Netanyahu Bayden ilə ilkin olaraq "Həmas"ın məhv edilməsi ilə bağlı razılığa gəldiklərini irəli sürərək, "Ancaq müharibə zamanı bu məqsədə çatmağın ən yaxşı yolu ilə bağlı aramızda fikir ayrılıqlarının olduğu heç kimə sirr deyil" deyib.

Əvvəlcə Baydenə İsrail ordusu Qəzza zolağına girmədən "Həmas"ı məğlub etməyin mümkün olmadığını söylədiyini ifadə edən Netanyahu son görüşdə prezidentə "Həmas"ın qalan batalyonlarını məhv etmək üçün Rəfaha girmədən qələbəni tamamlamağın mümkün olmadığını söylədiyini ifadə edib.

Ordunun Rəfaha hücum planını təsdiqlədiyini xatırladan Netanyahu "Yaxın zamanda mülki əhalinin döyüş bölgələrindən (Rəfahdan) təxliyəsi planını da təsdiq edəcəyik" deyib.

Rəfaha hücum planının bir qədər vaxt aparacağını ifadə edən Netanyahu “Həmas"ın yüksək səviyyəli rəsmilərini məhv etmək və ələ keçirmək və yüzlərlə terrorçunu məhv etmək üçün Xan Yunus, mərkəzi düşərgələr və Şifada etdiyimiz kimi fəaliyyətimizi davam etdiririk” deyə vurğulayıb. 

Qeyd edək ki, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən azı 14 mini uşaq və 9 min 220 qadın olmaqla 31 min 923 fələstinli həlak olub, 74 min 96 nəfər yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilir.



Әlaqәli Xәbәrlәr