İsrail mediası ''Həmas''la atəşkəs danışıqlarının başladığını açıqlayıb

İsrail mətbuat orqanlarının dünən yaydığı xəbərdə İsrail Kəşfiyyat Xidməti MOSSAD-ın direktoru başda olmaqla İsrail nümayəndə heyətinin Qətərə getdiyi iddia edilib.

2117157
İsrail mediası ''Həmas''la atəşkəs danışıqlarının başladığını açıqlayıb

İsrail mediası Fələstinin müqavimət hərəkatı ''Həmas''la atəşkəslə bağlı danışıqların başladığını açıqlayıb.
İsrail mətbuat orqanlarının dünən yaydığı xəbərdə İsrail Kəşfiyyat Xidməti MOSSAD-ın direktoru başda olmaqla İsrail nümayəndə heyətinin Qətərə getdiyi iddia edilib.
İsrail mediası nümayəndə heyətinin Qətərə çatdığını və əsir mübadiləsi danışıqlarının rəsmi olaraq başladığını bildirib.
“Yedioth Ahronoth” qəzetinin məlumatına görə, Mossad rəhbəri və onu müşayiət edən nümayəndə heyəti Qətərə gedib.
İsrailin ''Kanal 12'' telekanalı bir İsrail rəsmisinin danışıqların təxminən 2 həftə davam edə biləcəyini bildirdiyini qeyd edib.
“Haaretz” qəzeti “Qəzzadakı 40 israilli əsirin azad edilməsi müqabilində 42 günlük atəşkəsin” müzakirələr masada olduğunu yazıb.
Danışıqların birbaşa ''Həmas''ın Qəzzadakı lideri Yəhya Sinvarla aparılacağı da irəli sürülüb.
İsrail rəsmilərinin məlumatına görə, Qəzza zolağında bəziləri sağ, bəziləri isə ölü olmaqla təxminən 136 israilli əsir var. ''Həmas''ın  silahlı qanadı İzzəddin Qəssam Briqadaları İsrailin Qəzzaya hücumları zamanı öldürülən israilli əsirlərin sayının 70-i keçdiyini açıqlayıb.
Noyabrın 24-də 4 gün müddətinə başlayan və daha sonra 3 gün daha uzadılan “humanitar fasilə” zamanı 81 israilli və 240 fələstinli əsir azad edilib. Digər tərəfdən, İsrail minlərlə fələstinlini saxlamağa və həbs etməyə davam etdi.
İsrailin oktyabrın 7-dən bu yana Qəzza zolağına təşkil etdiyi hücumlarda əksəriyyəti uşaq və qadın olmaqla 32 minə yaxın fələstinli həyatını itirib, 74 mini isə yaralanıb.



Әlaqәli Xәbәrlәr