Rusiya Müdafiә Nazirliyi mәlumat yayıb

Rusiya Müdafiə Nazirliyi Ukraynanın 25 pilotsuz uçuş aparatı (PUA) ilə Rusiya ərazisinə hücum etməyə cəhd etdiyini açıqlayıb.

2114321
Rusiya Müdafiә Nazirliyi mәlumat yayıb

Rusiya ilə Ukrayna arasındakı münaqişə davam edir.
Rusiya Müdafiə Nazirliyi Ukraynanın 25 pilotsuz uçuş aparatı (PUA) ilə Rusiya ərazisinə hücum etməyə cəhd etdiyini açıqlayıb.
Nazirlikdən verilən açıqlamada deyilir:“Bu gecə Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki hədəflərə qarşı 25 təyyarə tipli PUA ilə terror aktı cəhdinin qarşısı alınıb”. 
Rusiya hava hücumundan müdafiə sistemlərinin hücumlara müqavimət göstərdiyi ifadə edilən açıqlamada Moskvada 2, Leninqradda 1, Belqorodda 7, Kurskda 11, Bryanskda 1, Tulada 1 və Oryolda 1 PUA-nın məhv edildiyi qeyd edilib.
2022-ci il fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Ukraynanı işğal etmək əmrini verdi və bununla da Rusiya-Ukrayna müharibəsi başladı.


Etiketlәr: #müharibə , #Ukrayna , #Rusiya

Әlaqәli Xәbәrlәr