Rusiya ilə Böyük Britaniya arasında 1956-cı ildə bağlanmış müqavilə ləğv olundu

Vladimir Putinin imzaladığı sərəncamla Britaniya balıqçılarına Rusiyanın Barents dənizi sahillərində balıq tutmaq qadağan edilib.

2114220
Rusiya ilə Böyük Britaniya arasında 1956-cı ildə bağlanmış müqavilə ləğv olundu

Rusiya prezidenti Vladimir Putin Böyük Britaniya ilə 1956-cı ildə imzalanmış balıqçılıq müqaviləsini ləğv edib.

Vladimir Putinin imzaladığı sərəncamla Britaniya balıqçılarına Rusiyanın Barents dənizi sahillərində balıq tutmaq qadağan edilib.

1956-cı ildə İngiltərə ilə Sovet İttifaqı arasında imzalanan müqavilə çərçivəsində Böyük Britaniyaya məxsus balıqçı gəmiləri Barents dənizinin müəyyən bölgələrində balıq tuta bilərdi.

Müqavilə Sovet İttifaqının süquta uğramasından sonra Rusiya ilə Böyük Britaniya arasında həyata keçirilməyə davam etdi.

Rusiya parlamentinin aşağı palatası olan Dumanın sədri Vyaçeslav Volodin ötən ay verdiyi açıqlamada ingilislərin 68 ildir rus balığı ilə qidalandığını ifadə edərək deyib: “İndi arıqlasınlar. Ağıllansınlar”.



Әlaqәli Xәbәrlәr