Abbas əl-Hac Həsən: ''İsrail fosfor bombaları ilə kənd təsərrüfatı sahələrini məhv edir''

Livanın kənd təsərrüfatı naziri Abbas əl-Hac Həsən İsrailin qadağan olunmuş fosfor bombaları ilə törətdiyi hücumlar nəticəsində 60 mindən çox zeytun ağacının yandığını bildirib.

2112260

Paytaxt Beyrutda Birləşmiş Millətlər Təşkilatının (BMT) binasında çıxış edən Həsən deyib: "Livanın cənubu hər gün beynəlxalq səviyyədə qadağan olunmuş ağ fosfor bombaları ilə hədəf alınır''.
Bombardmanların 657-dən çox yanğına səbəb olduğunu deyən Həsən 6 min hektardan çox meşə və kənd təsərrüfatı sahəsinə ziyan dəydiyini vurğulayıb.
Kənd təsərrüfatı naziri Həsən deyib: "İsrailin hücumları nəticəsində 60 mindən çox zeytun ağacı yandırıldı və 2 min hektardan çox ərazi tamamilə məhv edildi".
Həsən həmçinin İsrailin Qəzzaya və Livanın cənubuna təşkil etdiyi hücumları pisləyib.
Qəzza və Livanın cənubunda xalqın İsrailin törətdiyi vəhşilik və cinayətlərdən böyük əziyyət çəkdiyini qeyd edən Həsən qeyd edib ki, İsrail beynəlxalq hüquq normalarını, adət-ənənələri və müqavilələri heçə sayaraq hər gün uşaqlara, qadınlara və qocalara hücum etməyə davam edir. 
İsrailin oktyabrın 7-dən bu yana Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayı 30 mini keçib.

Etiketlәr: #hücum , #Livan , #İsrail

Әlaqәli Xәbәrlәr